Paytaxtda 44 yaşlı kişi özünü asdı

Bakıda intihar hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Əmircan qəsəbəsi A.Rzayev küçəsindəki evlərin birinin həyətində qeydə alınıb.

Həmin ünvanda yaşayan 44 yaşlı Rövşən Süleymanov həyətdə özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.