Hadisə 

Lənkəranda “Azərişıq” ASC-nin əməkdaşının avtomobilinə od vurdular – VİDEO

Lənkəranda “Azərişıq” ASC-nin əməkdaşının maşınına benzin töküb yandırıblar.

ARANTV.AZ xəbər verir ki, “Azərişığ”ın əməkdaşı Rauf Kərimov şəhər sakini S.Əliyevin evində qanunsuz əlavə elektrik xətti aşkar edərək akt tərtib edib. Bundan qəzəblənən vətəndaş R.Kərimova məxsus VAZ-2115 markalı maşının üzərinə benzin tökərək yandırıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev Oxu.Az-a açıqlamasında faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparıldığını deyib.

Daha çox xəbərlər