Hava 

Yağmurlu hava şəraiti nə vaxta qədər davam edəcək? – AÇIQLAMA

Yağışlı hava şəraiti sabah günorta saatlarına qədər davam edəcək.

Bu barədə Trend-ə açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, yağıntılar gecə saatlarında da davam edəcək və mülayim şimal-şərq küləyi əsəcək.

“Sabah gündüz saatlarından yağmursuz hava şəraitinin müşahidə olunacağı gözlənilir. Dekabrın 15-i ölkə ərazisində hava şəraiti sabit keçəcək” – deyə G.Məmmədova bildirib.

Daha çox xəbərlər