Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Media haqqında” qanun jurnalistlərə nə vəd edir – ekspertlərin fərqli mövqeyi

By Vüsal Rafiqoğlu
16.12.2021 4 Min Read

“Media haqqında” qanunda jurnalistlərlə bağlı maraqlı güzəştlər var. Məsələn az faizlə, güzəştli kredit götürmək imkanları göstərilir. Başqa nələr var qanunda? Yaradıcılıq imkanlarından, jurnalist azadlığından başqa qanunda jurnalistlərin həyat şəraitinin, şəxsi imkanlarının artması üçün daha nələr nəzərdə tutulur?

Əməkdar jurnalist Qulu Məhərrəmli mövzuya bu cür şərh bildirdi: “Adətən bu cür qanun layihələri müzakirə olunanda həmin  qanunun subyektinə daxil olan insanlar onlara müəyyən güzəştlərin verilməsinin marağındadır.

İndi də “Media haqqında” qanunda müəyyən güzəştlər haqqında söhbət  gedir. Amma onların bir çoxu dəqiq ifadə olunmur. Məsələn, güzəştlər deyəndə nəzərdə tutulur ki, bəzi mədəni-kütləvi tədbirlərə, o cümlədən muzeylərə giriş zamanı jurnalistlərə güzəştlər olunacaq. Ümumi şəkildə ifadə olunur ki, jurnalistlər üçün güzəştli  kreditlər nəzərdə tutula bilər. Amma arzu edilir ki, bu güzəştlər seriyası dəqiq göstərilsin. Məsələn, vəzifələrinin icrası zamanı jurnalistlər xidməti vəsiqələrini göstərməklə nəqliyyat xərclərindən azad oluna bilərlər, hansı ki, bu, dünyanın bir çox ölkələrində, o cümlədən qardaş Türkiyədə mövcuddur. Və yaxud qanunda hər hansı situasiyanın işıqlandırılması zamanı, xüsusən də mürəkkəb, fövqəladə şəraitdə müəyyən orqanların jurnalistlərə köməyi təsbit olunması yaxşı olardı.

Həmin şəxslərin fotolarının verilməsinin nə mənası var?” – Qulu Məhərrəmli  » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Qulu Məhərrəmli: “Qanunda müəyyən güzəştlərdən söhbət getsə də, onların bir çoxu dəqiq ifadə olunmur”

Mən şəxsən çox arzulayardım ki, hazırda jurnalistlərimizin çox yaralı yeri olan mənzil-məişət məsələsinin həlli ilə bağlı konkret  müddəa olsun. Müddəa da ondan ibarət olsun ki, jurnalistlər də güzəştli  ipoteka alanlar kateqoriyasına aid olunsun. Bu, çox ciddi məsələdir. Biri var ki, jurnalistlərə ev verirsən və onu özündən asılı vəziyyətə salıb daim gözükölgəli edirsən, biri də var ki, jurnalist güzəştli ipoteka alır və onun sayəsində mənzil şəraitini yaxşılaşdırır. Ona görə də bu cür müddəaların konkretləşdirilməsini istəyərdim”.

Əməkdar jurnalist, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə qeyd etdi ki, “Media haqqında” qanunda mahiyyət etibarı ilə hər kəsin tanış ola biləcəyi istiqamətlər var:

“Belə ki, güzəştli kreditlərin, sosial güzəştlərin, həmçinin informasiyanın tez bir zamanda əldə olunması, etibarlı mülkün formalaşması var.

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli: “Məsələyə mövqe bildirən dostlarımız bir məqamı unudurlar ki…”

Amma düşünürəm ki, bu məsələyə mövqe bildirən dostlarımız bir məqamı unudurlar. Əslində bu, qanun layihəsidir. Bu, sosial paket deyil. Bu  qanun layihəsində bütün məqamlar, yəni jurnalistlər üçün nəzərdə tutulacaq güzəştlər, imtiyazlar və sairə yer almayıb.  Bu, sahə qanunudur və sahə qanununa edilən yeniliklər artıq digər qanunvericilik aktlarında, eyni zamanda hazırlanacaq, yəni jurnalistlərin sosial vəziyyəti ilə bağlı və yaxud onların  fəaliyyətinin daha da yaxşılaşdırılması ilə bağlı hazırlanacaq layihələr üçün hüquqi əsas yaradır. Yəni bu, sadəcə, görünən ilkin mərhələdir. Amma bu müddəalara istinad olunaraq, artıq yeni layihələr ortaya çıxacaq ki, zamanla media mənsubları əslində  qanunvericilik aktında yer alan o kiçik məqamların nə qədər böyük sahələri əhatə etdiyini görəcəklər. Düşünürəm ki, məsələyə məhz bu kontekstdən yanaşmaq lazımdır.

Əslində bütün proses perspektivdədir, sadəcə olaraq, hüquqi  əsaslar yaradılması üçün atılan addımlardır və məlumatım olduğum qədər də bu istiqamətdə təşəbbüslər artıq bir xeyli müddətdir ki, başlayıb”.

“Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı yeni qanunu çox yüksək dəyərləndirdiyini bildirdi:

“Uzun illərdir ki, qanunun olmadığı bir şəraitdə fəaliyyət göstəririk. İndi də yeni qanun layihəsi müzakirəyə çıxarılıb, artıq birinci oxunuşda qəbul olunub və demək olar ki, böyük əksəriyyət var gücü ilə bu qanuna müqavimət göstərməyə çalışır.

Aynur Camalqızı: “Nazirliklə danışıb problemi yoluna qoyduq” - Modern.Az  Azərbaycan və dünya xəbərləri

Aynur Camal: “Yeni qanunu qılıncla qarşılamaq əvəzinə  əksinə, dəstək  olmalıyıq”

Qanunsuz şərait dedikdə nəyi nəzərdə tuturam? Məlum olduğu kimi, “KİV haqqında” qanun 1999-cu ildə qəbul olunub və yalnız çap mediasını əhatə edirdi. Yəni həmin qanunda Azərbaycan  mediasında çox aparıcı platforma olan onlayn, internet mediası haqqında bir müddəa, bir cümlə belə  yox idi. Bununla da demək olar ki, qanunun tənzimlənmədiyi, media resurslarının, orqanlarının  MMC kimi fəaliyyət göstərdiyi bir şəraitdə  fəaliyyət göstərmişik. Əlbəttə ki, kifayət qədər uğurlarımız da var.

“Media haqqında” qanun haqqında deyə bilərəm ki, həmin qanunla kifayət qədər tanışam və çox yüksək  qiymətləndirirəm. Təbii ki, heç bir halda ideal qanundan danışa bilmərik. Bildiyiniz kimi, Milli Məclisdə qəbul edilən qanunlar vaxtaşırı  dəyişikliklərə, düzəlişlərə məruz qalıb. Düşünürəm ki,  bu qanun da növbəti mərhələlərdə müəyyən düzəlişlərlə, əlavələrlə daha da mükəmməl bir hala  gətiriləcək.

Lakin indiki halda düşünürəm ki, bu qanun vacibdir, mütləqdir. Çünki orada jurnalistlərin işini asanlaşdıran  çox önəmli müddəalar var. Məsələn,  media reysterinin yaradılması məsələsini çox yüksək qiymətləndirirəm. Çünki bu gün Azərbaycanda nə qədər media orqanları mövcuddur, onların nə qədəri hazırda işlək vəziyyətdədir, nə qədəri domen qeydiyyatından keçirilib, nə qədər azərbaycanlı jurnalist var, kimlərə  jurnalist deyə bilərik, bütün bunlara aydınlıq gətirilməlidir. Bizim əlimizdə databaza olmalıdır ki, lazım gələndə ona müraciət edə bilək.

Və yaxud dövlət tərəfindən hər hansı güzəştlər veriləndə müvafiq strukturlar bilməlidir ki, ölkədə nə qədər jurnalist var və təyin olunan güzəştlərə daha çox kimlərin haqqı çatır. Düşünürəm ki, bunu qılıncla qarşılamaq əvəzinə,  əksinə, dəstək  olmalıyıq ki, qanun tezliklə qüvvəyə minsin.

Beləliklə, jurnalistlər üçün müəyyən güzəştlər var ki, onların həyata keçirilməsi üçün də bu qanunun qəbulu vacibdir. Məsələn, güzəştli kreditlərin verilməsi, ictimai nəqliyyatdan pulsuz istifadə olunması, muzeylərə  və digər ictimai obyektlərə ödənişsiz daxil  olmaq  imkanları və sairə, hansı ki, bunlar bütün Avropa ölkələrində, həmçinin Türkiyə və Rusiyada mövcuddur.

Eyni zamanda  düşünürəm ki, ən önəmli məqamlardan biri də jurnalistlərə vahid vəsiqənin verilməsi məsələsidir. Bu vahid vəsiqənin verilməsi də jurnalistlərə informasiya almaq prosesində  daha geniş imkanlar, məsələn, rəsmi tədbirlərdə iştirak imkanları yarada bilər. Hansı ki, biz hazırda bundan çox əziyyət çəkirik”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Morq işçisindən insanlığa sığmayan hərəkət – Bilənlərin “qanı donur”

Next

Azərbaycanda DƏHŞƏT: Müəllim qohumunu öldürüb, sonra yandırdı

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv