Gündəm 

Putin və Şarl Mişelin masaları -hansı fərqlər var?

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşdülər. Bundan öncə də tərəflər ötən ay noyabrın 26-da Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşmüşdülər.

Hər iki görüşdə masaların quruluşu xüsusi diqqət çəkib və bir sıra müzakirələr doğurub. Əgər Putinlə görüşdə Kremlin sahibi stolda Azərbaycan və Ermənistan rəhbərləri ilə üzbəüz tək əyləşmişdisə, Mişeldə belə deyildi. Azərbaycanın təftişçi insanları Putinin görüşdəki oturuşunu, masanı təftiş və tənqid etdilər. Amma AB sədrinin masası təqdir qazandı.

Masalarda verilən qərarların bu cür oturmaqlara, düzülüşə dəxli varmı? Böyük siyasətdə, konseylərdə masa üslubu nədir?

Milli Məclisin deputatı Arzu Nağıyev seçicilərinə bayramqabağı ərzaq  yardımı edir (FOTO)

Arzu Nağıyev: “Əsas olan danışıqların nəticəsi idi”

Deputat Arzu Nağıyev bunların protokolla bağlı olduğunu qeyd etdi: “Düşünürəm ki, burada kimin necə oturması, masanın necə qurulması sırf protokolla bağlı məsələlərdir, yəni protokola söykənir. İnandırıcı görünmür ki, Soçi görüşündə Putin özünü ev sahibi kimi apardı, yaxud Şarl Mişel belə davrandı. Yəni protokola uyğun şəkildə hər tərəf öz fikirlərini göstərə bilərdi. Məlum məsələdir ki, cənab prezident rusiyalı həmkarı ilə protokola uyğun şəkildə ən yüksək səviyyədə görüşdü. Kremlin sahibi hətta əl sıxmasında bunu birmənalı şəkildə bəyan edə bildi. Əsas olan danışıqların nəticəsi idi. Nəticə də ondan ibarətdir ki, NATO, Avropa İttifaqı Azərbaycanın haqq işini dəstəkləyir, bu istiqamətdə öz tövsiyələrini verir. Azərbaycan qalib tərəf kimi öz gələcək planlarını hazırlayaraq həyata keçirir. Digər bir məsələ də ondan ibarətdir ki, Ermənistan düşünürdü ki, Soçi görüşündən sonra Avropa Şərq Tərəfdaşlığı çərçivəsində digər problemlər çıxa bilər. Amma heç nəyə nail ola bilmədi. Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi. Hətta NATO görüşü də bunu bir daha göstərdi. Delimitasiya, demarkasiya məsələləri, dəhlizlərin açılması, kommunikasiyaların yaradılması kimi proseslər orada da davam etdi. Bütün dünya gördü ki, Azərbaycan haqlıdır, haqq səsini bütün dünyaya yayır. Ermənistan bundan özü üçün müvafiq nəticələr çıxarmalıdır”.

Cəbrayılda erməni kilsəsi olubmu? - Ceyhun Məmmədov - Yeni Gəncə

Ceyhun Məmmədov: “Məsələnin əsl mahiyyəti qalıb kənarda, bizdə başqa xoşagəlməyən məsələlər də müzakirə olunur”

YAP-çı deputat Ceyhun Məmmədli: “Hesab etmirəm ki, burada Kremlin sahibi hansısa tərəfi aşağılamaq üçün belə əyləşmişdi. Rusiya ev sahibi idi və masanın düzülüşünü özü belə müəyyən etmişdi. Təəssüflə qeyd edirəm ki, məsələnin əsl mahiyyəti qalıb kənarda, bizdə başqa xoşagəlməyən məsələlər də müzakirə olunur. Biz bu məsələdə Avropa İttifaqının da dəstəyini almışıq. Azərbaycanın ərazi bütövlüyü, sərhədləri, marağımızda olan bütün məsələlər bu görüşdə dəstəkləndi. Təəssüflər olsun ki, bir qrup cılız adamlar, antimilli ünsürlər bu qələbəni, uğuru görmək istəmirlər. Məsələnin əsl məğzi qalıb kənarda, masanın quruluşuna diqqət çəkməyə çalışırlar. Müxalifətçilik ola bilər, amma ümummilli məsələlərdə vahid mövqe olmalıdır. Bu insanlar sanki gözləyirdilər ki, Avropa İttifaqı Ermənistanın mövqeyini dəstəkləyəcək, bu görüşlərdən Ermənistan müəyyən uğurlarla geri dönəcək. Bu xalqın bir vətəndaşı kimi bu məsələyə münasibət bildirirəm ki, bu qədər antimmilli mövqedə olmaq, xalqına, dövlətinə düşmən kəsilən insanlar da ölkəmizdə yaşayır. Uğurlarımıza bu qədər kölgə salmaq olmaz. Bu məsələlərdə vahid bir mövqe olmalıdır. Azərbaycan Soçi və Brüssel görüşlərində qonaq tərəfi idi. Biz ora konkret hədəflərlə getmişdik. Bu görüşlərdə Azərbaycan öz məqsədlərinə çatdı. Ölkəmizin uğurları qabardılmalıdır. Bu Rusiya, nə bilim Avropa fərqidir kimi fikirlərin səsləndirilməsi, sadəcə, gülüncdür. Məsələlərə obyektiv yanaşmağı bacarmalıyıq. Belə yanaşmaları əmin olun ki, ermənilər etməzlər. Təəssüf ki, cılız məqsədləri, maraqları olan insanlar buna gedirlər. Əsas olan oturuş, masanın necə quruluşda olması deyil, əsas olan odur ki, biz öz məqsəd və hədəflərimizə çatdıq. Cənab Prezidentin qətiyyətli mövqeyi nəticəsində Azərbaycan Avropa İttifaqında ermənilərin gözləntilərini puç etdi. Paşinyan o görüşə ciddi hazırlıqla, təxribatla getmişdi. Qazandığımız uğurlar hər dövlətə qismət olmur. Ölkəsini sevən hər bir insan bundan qürur hissi keçirir. Hesab edirəm ki, cənab Prezidentin rəhbərliyi ilə qarşıda bizi daha çox uğurlar gözləyir”.

Jurnalist Əziz Əlibəyli mətbuat katibi təyin olundu | KONKRET

Əziz Əlibəyli: “Bizim üçün hazırda vacib olan ordumuzun dayandığı nöqtə və diplomatiyamızın nə yerdə olmasıdır”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bizim üçün daha vacib məqamların olduğuna diqqət çəkdi: “İndiki vaxtda masaların müzakirə mövzusuna çevrilməsinin bir sıra səbəbləri var. Çünki Putinlə görüşdə iqtidar əleyhdarları masaları müzakirə edirlər. Masaların quruluşu ilə bağlı bəzi nüanslar irəli sürürlər. Hesab etmirəm ki, həmin stolu verəndə hansısa mesajları almış oluruq. Bölgədə Rusiyanın birmənalı şəkildə güclü mövqeyi varsa, diktə edən tərəfdirsə, hər şey Rusiya saraylarında qəbul edilirsə, o zaman Brüssel uğurlarını kimin ayağına yazmaq olar? Bir sözlə, bunlar bir-birinə dəxli olmayan iddialardır. Brüsseldə Azərbaycan Prezidentinin bu formada qarşılanması gözlənilən idi. Hesab etmirəm ki, Moskvada fərqli cür olub. Sonuncu dəfə Soçi görüşündə siz də gördünüz ki, Putin Azərbaycan Prezidenti ilə necə isti görüşdü. İki prezidentin media qarşısındakı açıqlamalarını gördük. Paşinyanın heç bir açıqlaması olmadı. Soçi və Brüsseldə ölkə başçısının qalib simasını gördük. Bu məğrur duruş, sima heç zaman pozulmadı. Erməni baş nazirin bütün görüşlərə sanki danlanmış, döyülmüş vəziyyətdə çıxması, qanıqara olması, qeyri-diplomatik davranış sərgiləməsi kimi görüntülər mövcuddur. Masaların fərqli formaları diplomatiya üçün diktəedici tərəf olmaz. Bizim üçün hazırda vacib olan harada olmağımız, ordumuzun dayandığı nöqtə və diplomatiyamızın nə yerdə olmasıdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Daha çox xəbərlər