Şou biznes 

“Sənətə gələndə tək olmuşam” – VİDEO

Müğənni Nəfəs Zaur Baxşəliyevin aparıcısı olduğu proqramda qonaq olub.

ARANTV.AZ “bizim.media”-ya istinadən xəbər verir ki, o, “Bizimləsən” verilişinə üz tutan Mehbarə adlı qadına dəstək olmaq üçün studiyaya gəlib.

Müğənni sənətə ilk gəldiyi vaxtlarda onun yanında kiminsə olmadığını etiraf edib:

“Sənətə gələndə tək olmuşam, mənim yanımda heç kim olmayıb. Onun (Mehbarənin – red) keçirdiyi hissləri yaşamışam. İstəmirəm, o pis olsun. Mehparə xanıma mahnı hədiyyə etmək istəyirəm. İndi bunu etmək o qədər də asan deyil. Bacardığım qədər dəstək olmağa çalışacam”.

 

 

Daha çox xəbərlər