ABŞ-da 14 yaşlı qız polisin açdığı atəş nəticəsində ölüb

ABŞ-ın Los-Anceles şəhərində izdihamlı mağazada bir kişinin qəribə davranışı və qadına hücum etməsindən sonra hadisə yerinə polis çağırılıb.

Hadisə zamanı polisin atdığı güllələrdən biri divarı deşərək soyunub-geyinmə otağında 14 yaşlı qıza tuş gələrək onun ölümünə səbəb olub.

Faktla bağlı araşdırma başlayıb.

Hücuma məruz qalan qadın xəstəxanaya aparılıb, vəziyyətinin orta olduğu bildirilir.

Mənbə: Anadolu agentliyi