Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşündə məqsədə çatılıb – Zaxarova
Rusiya Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşünü dəstəkləyir.
ARANTV.AZ xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi (XİN) nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“İnanırıq ki, Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşü öz məqsədinə çatıb”, – M. Zaxarova vurğulayıb.
Onun sözlərinə görə, görüşdə həssas humanitar mövzularda, o cümlədən saxlanılanların qaytarılması, Ermənistanın minalanmış ərazilərin xəritələrini təhvil verməsi kimi mövzularda konstruktiv dialoq əhval-ruhiyyəsi hökm sürüb.
Qeyd edək ki, ötən həftə Moskvada Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşü keçirilib.

