Bu ölkədə hərbi hissəyə hücum olub, 39 nəfər ölüb
Afrikanın qərbində yerləşən Malidə terrorçuların hərbi hissəyə hücum nəticəsində 39 nəfər ölüb, 12 nəfər yaralanıb.
ARANTV.AZ “Report”a istinadən xəbər verir ki, ölənlərdən 8-i hərbçidir.
Təhlükəsizlik qüvvələrinin keçirdiyi irimiqyaslı əməliyyat nəticəsində hərbi hissəyə hücum edən 31 silahlı zərərsizləşdirilib.
Bildirilib ki, hadisə Malinin şimal-qərbində, Sahel bölgəsinin Nara qəsəbəsində baş verib. Bu bölgə Burkina-Faso, Mali və Nigerlə sərhəddə yerləşir. Son illər bu ərazi “Əl-Qaidə” və İŞİD terror qruplaşmalarının hücumlarına məruz qalır.Terrorçulara qarşı mübarizə məqsədilə 2013-cü ildən Malidə xarici ölkələrin qoşunları yerləşdirilib. Fransanın sülhməramlıları da bu məqsədlə ölkədə dislokasiya olunub. Mali hakimiyyəti dəfələrlə Fransa hərbçilərinin fəaliyyətindən narazılığını bildirib.

