Hadisə 

Əri tərəfindən döyülən qadının 5 qabırğası sınıb

Bakıda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülən 1975-ci il təvəllüdlü Əliyeva Xatirə İbrahim qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol tərəfli 5 ədəd qabırğanın sınığı və döş qəfəsin küt travması diaqnozları qoyulub.

Polis hadisənin təfərrüatını araşdırır.

Daha çox xəbərlər