Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Peşəkar media təslim olur? – ARAŞDIRMA

By Vüsal Rafiqoğlu
08.01.2022 4 Min Read

Son dövrlər sosial şəbəkələrdəki qeyri-ciddi xəbərlər ciddi mediaya ayaq açıb. Əgər əvvəllər “Facebook” və “Twitter”də paylaşılan statuslar xəbərə çevrilirdisə, indi “Tik-tok”, “İnstagram”, “Telegram”da paylaşılan videolar, məlumatlar dəqiqləşdirilmə aparılmadan mediada ictimailəşdirilir. “Tik-tok”erlər, onların videoları əsas xəbər mənbəyinə çevrilir. Bu, ənənəvi medianın oturuşmuş prinsiplərdən uzaqlaşmasıdır? “Tik-tok”çular peşəkar media üçün ciddi xəbər mənbəyi sayılırmı? Mövzunu media ekspertləri ilə birlikdə araşdırdıq.

Bu barədə “Kaspi” qəzetinin məqaləsində qeyd olunur.

Ekspert Ələsgər Məmmədli bildirdi ki, sosial medianın sürətli inkişafı hətta BBC kimi ciddi qurumun sosial şəbəkədəki profilində çox bayağı informasiyaların qarşımıza çıxmasına səbəb olur. Onun sözlərinə görə, bunun birinci səbəbi auditoriya toplamaq cəhdidir və bu qayğı artıq peşəkar mediada var: “Sosial şəbəkənin tam ciddi və rəsmi olmayan xəbərlərinin, sensasiya xarakterli məlumatlarının daha sürətlə yayılması ciddi medianı öz peşəkarlığından bir qədər kənara çıxmağa, axına qoşulmağa sövq edir. Lakin bu, o demək deyil ki, sosial şəbəkədə, o cümlədən “Tik-tok”da zaman-zaman ciddi və etibarlı xəbər ola bilməz. Sosial şəbəkələrin inkişaf trayektoriyasına baxsaq, “Facebook”un 7 ildə qazandığı auditoriyanı “Tik-tok” cəmi 2 ildə qazanıb. Bu, cəlbedici bir formatdır. Belə formata son zamanlar siyasi xəbərlər daha çox yerləşməyə başlayıb. Daha aydın təsəvvür etsək, o kateqoriya da artıq bu platformaya keçməyə başlayıb. Hansı ki, əvvəllər, əsasən, əyləncə və bayağı səciyyə daşıyırdı. İndi “Tik-tok”da yavaş-yavaş informativ, bir qədər düşündürücü xəbərlər, videolar paylaşılır”.

Media eksperti söylədi ki, sosial medianı tamamən “iqnor” edərək prosesə baxmaq mümkün deyil: “Əgər bu trend varsa, inkişaf edirsə, 1,4 milyard istifadəçi toplayırsa, bu o deməkdir ki, sözügedən platforma ciddi bir resursdur. Bu, istər Çin, istər beynəlxalq mənşəli olsa da, maraq doğurur, bəlli auditoriyanı özünə cəlb edə bilir. Peşəkar medianın bayağılığa keçid etməsi məsələsinə gəlincə, bu, səthi prosesdir. Peşəkar qalmaq istəyənlər yeni vasitələr üzərində xırda və kosmetik dəyişikliklər edirlər. Onlar yola bu cür davam etməyə çalışırlar. Burada məqsəd auditoriyanı tutmaqdır. Amma sosial şəbəkələr heç zaman peşəkar medianın yerinə keçə bilməzlər. Çünki peşəkar mediadakı standartlar sosial mediada yoxdur. Sosial media, sadəcə yoxlanmayan, amma eyni zamanda daha çox diqqət cəlb etmək, daha çox izləyici kateqoriyası seçmək üçün səydir. Halbuki ənənəvi və peşəkar medianın, ilk növbədə etibarlılıq məsələsi öndədir. Sosial mediada bu, yoxdur. Sosial mediada maraqlılıq, əyləncə, cəlbedicilik var, amma güvənli deyil. Sosial medianı ciddi mənbə sayaraq oradan nə isə bir məlumat götürüb araşdırmadan, dəqiqləşdirmə aparmadan yaymaq, peşəkar media üçün ciddi dəyər itirmək hesab olunar”.

Media rəhbəri Hacıbəy Heydərli isə hesab edir ki, sosial şəbəkələrin ciddisi və qeyri-ciddisi olmur. Onun qənaətincə, bu platformanı ciddi və qeyri-ciddi edən oradakı insanlardır, cəmiyyətlərdir: “Razıyam ki, “Tik-tok”da, əsasən, əyləncə xarakterli videolar yayımlanır. “Tik-tok”un alqoritmləri də hansı videolara daha çox şərh gəlirsə, məhz o videoları ön plana çıxarır. “Tik-tok” dünyada video platforma rolunu oynayan, hətta videoların yüklənmə səviyyəsinə görə “Youtube”u geridə qoyan sosial şəbəkədir. Dünyanın ən nüfuzlu yarışlarına “Tik-tok” sponsorluq edir. Futbol üzrə 2020-ci ilin Avropa çempionatı buna əyani misaldır. Əvvəllər bu sosial şəbəkədəki videolar 30 saniyə və 1 dəqiqəlik idisə, indi 3-5 dəqiqəlik videolar yükləmək olur. Bu gedişlə yaxın illərdə “Tik-tok” “Youtube”u tam geridə qoyacaq və heç şübhəsiz, bu istiqamətdə planlar var. Azərbaycan mediasında, hətta televiziyalarda son zamanlar “Tik-tok” fenomenlərinə meydan verilir, onlar efirlərə dəvət edilir. Bir sıra xəbərlər də artıq “Tik-tok”da yayımlanır. Fikrimcə, burada qeyri-adi heç nə yoxdur, normal prosesdir. Orada olanlar da Azərbaycan cəmiyyətini təmsil edirlər”.

H.Heydərli Azərbaycanda vətəndaş jurnalistikasının çox inkişaf etdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, hər bir sosial şəbəkə istifadəçisi həm də vətəndaş jurnalistikasının bir fərdidir: “Paylaşılan mövzular gündəm olursa, bu, sırf “Tik-tok”un gücü deyil, ümumən Azərbaycan cəmiyyətinin sosial şəbəkələrə verdiyi dəyərin, ona bəslədiyi marağın göstəricisidir. Bununla belə, Azərbaycan mediasının ənənəsi, oturuşmuş prinsipləri var. Bu prinsipləri pozmaq olmaz. İstənilən halda, hansısa video, foto və xəbər yayılanda jurnalist onu mütləq araşdırmalı, məlumatın dəqiqliyinə əmin olmalıdır. Belə halların gözlənilməsi “Tik-tok”u əyləncə platformasından çıxarıb ictimai-siyasi yüklü platformaya çevirə bilər”.

Media rəhbəri onu da əlavə etdi ki, son iki ayda “Tik-tok”da trend olan videolar, əsasən, siyasi videolardır: “Artıq siyasətçilərin, partiya sədrlərinin, blogerlərin “Tik-tok” kanalı var. Nəzərə alaq ki, “Facebook” və “Twitter”ə də ilk vaxtlar qeyri-ciddi yanaşma var idi. “Facebook” statuslarının ciddi mənbə kimi xəbərə çevrilməsini cəmiyyət qəbul etmirdi. Lakin indi dünyaca məşhur şəxslər, siyasətçilər, diplomatlar, hətta prezidentlər cəmiyyətlərə öz mesajlarını “Facebook” və “Twitter” üzərindən çatdırırlar. Bu baxımdan hesab edirəm ki, vətəndaş jurnalistikasının inkişafı “Tik-tok” sosial şəbəkəsinin inkişafı ilə əlaqəlidir. Buradakı hər hansı məlumatın, videonun ənənəvi media tərəfindən yayılmasında qeyri-adi heç nə yoxdur. Digər tərəfdən, jurnalistlər də diqqətli olmalı, prinsipləri unutmamalı, Azərbaycan mediası sosial şəbəkələrə uduzmamalı, peşəkarlıq ikinci plana keçməməlidir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Cənnətdə ailə olacaq?

Next

Almatı hava limanının açılacağı tarix açıqlandı

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv