Hadisə 

Həkim koronavirusdan vəfat edib

Goranboy Mərkəzi Rayon Xəstəxanasının həkimi Əliyeva İradə Cahangir qızı koronavirusdan vəfat edib.

ARANTV.AZ xəbər verir ki,  bu barədə mərhumun işlədiyi tibb müəssisəsindən məlumat verilib.

Bildirilib ki, İ. Əliyeva bir müddət əvvəl COVID-19-a yoluxub və Xırdalan şəhərində yerləşən modul tipli xəstəxanada müalicə alıb. Sonradan vəziyyəti pisləşdiyindən Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına köçürülüb. Lakin həkimin həyatını xilas etmək mümkün olmayıb və yanvarın 9-da sonuncu müalicə aldığı klinikada dünyasını dəyişib.

İ. Əliyeva Goranboy xəstəxanasında fizioterapevt kimi çalışıb.

Daha çox xəbərlər