Sosial 

Qarlı hava nəqliyyat vasitələrinin hərəkətinə necə təsir edib?

Dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinə heç bir təsir etməyib.

Bunu “İki sahil”ə Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, Bakıda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı avtobusların intervalında gecikmələr qeydə alınmayıb:

“Adi günlərdə olduğu kimi səhər pik saatlara uyğun nəqliyyat sıxlığı müşahidə olunur”, – deyə M.Ağayev bildirib.

Daha çox xəbərlər