Hava şəraiti Beynəlxalq Aeroportunun işinə təsir etməyib
Hazırda Bakıda qarlı və küləkli hava şəraitinin olmasına baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu normal rejimdə işini davam etdirir.
Bunu “İki sahil”ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
Onun sözlərinə görə, təyyarələrin qəbulu və göndərilməsi nəzərdə tutulan cədvələ uyğun həyata keçirilir.

