Şou biznes 

Azərbaycanın “Avroviziya”da çıxış edəcəyi tarix açıqlandı – FOTO

İtaliyanın Turin şəhərində “Avroviziya” mahnı müsabiqəsinin yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

Azərbaycan mayın 12-də ikinci yarımfinalın birinci hissəsində çıxış edəcək.

Bu barədə mahnı müsabiqəsinin saytında məlumat verilib.

Bildirilir ki, müsabiqənin təsisçi ölkələri – Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya və Fransa birbaşa finala çıxacaqlar.

Xatırladaq ki, “Avroviziya-2022” mahnı müsabiqəsinin finalı mayın 14-də Turində keçiriləcək.

 

Daha çox xəbərlər