Bakıda 31 yaşlı kişi qətlə yetirildi – YENİLƏNİB
Yanvarın 30-da Suraxanı rayonu, Hövsan qəbəsində 25.12.1990-cı il təvəllüdlü Elşən Hadızadənin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alması və aparıldığı xəstəxanada ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Suraxanı Rayon Prokurorluğunun yaydığı açıqlamada bildirilib.
Qeyd edilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Hadisənin təfərrüatı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
19:54
Bakıda arvadın ərini bıçaqlaması hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.
Qadın həyat yoldaşını bıçaqlayıb. Kişi təcili yardımla xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

