Cəmiyyət 

Gənclər Təşkilatları Milli Şurası Gənclər Günü münasibətilə üzvlərini sevindirdi – FOTO

Əsas missiyası vətəndaş cəmiyyətinin formalaşmasında gənclər təşkilatlarının rolunun artırılması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) 2 fevral – Gənclər Günü münasibəti ilə Gənclər Fondunun dəstəyi ilə tədbir keçiriblər.

ARANTV.AZ xəbər verir ki, üzv gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin və bir sıra dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə çıxış edənlər əsası 1997-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Gənclər Günü münasibəti ilə gənclər təşkilatlarının üzvlərini təbrik edərək, Ümummilli liderin “Bu gün gənclər təşkilatlarının təşəbbüsləri, onların cəmiyyətin və gəncliyin inkişafına yönəlmiş layihələri, həmçinin beynəlxalq əməkdaşlığı həm dövlətimiz, həm də gənclər tərəfindən böyük rəğbətlə qarşılanır” sözlərinə diqqəti çəkərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyinin özünün intibah dövrünü yaşadığını, gənclərin hərtərəfli fəaliyyəti üçün geniş imkanların yaradıldığını xüsusilə qeyd ediblər.

Tədbirin sonunda ötən ilin yekunlarına uyğun olaraq fəal üzv və tərəfdaş gənclər təşkilatları təltif olunublar.

 

Daha çox xəbərlər