BDU-nun rektor köməkçisini bıçaqlayan şəxsə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlamaqda təqsirləndirilən İsmixan Mirzəyevin işi üzrə məhkəmə prosesi başa çatıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu ilin iyul ayının 27-də BDU-nun əsas korpusunda universitetin təsərrüfat şöbəsində fəhlə işləyən İ.Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib.
Hadisəni törətməkdə təqsirli bilinən İ.Mirzəyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə İ.Mirzəyev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.

