Cəmiyyət 

Azərbaycanlı alim Rusiya televiziyasına müsahibə verib – VİDEO

Fevralın 4- ü Ümumdünya Xərçənglə Mübarizə Günüdür.

Bu münasibətlə onkologiyanın yüksək texnoloji sahələri üzrə aparıcı ekspert, tibb elmləri doktoru, Tümendəki Tibb Şəhərinin rəhbəri olan tanınmış rusiyalı cərrah və koloproktoloq Rasim Tamrazov “Vesti. Tümen bölgəsi” verilişinə müsahibə verib.

Azərbaycanlı alim koronavirus pandemiyasının xərçənglə mübarizə işinə də öz təsirini göstərdiyini bildirib. Onun sözlərinə görə, bütün ölkələrdə tibb sahəsinin imkanları məhz COVID-lə mübarizə üçün səfərbər olunub. Belə halda isə digər, o cümlədən də onkoloji xəstəliklər bir növ ikinci plana keçib. Lakin hazırda vəziyyət bir qədər sabitləşib və dünya artıq koronavirusla yaşamağa alışdığından xərçəng xəstələrinə də diqqət xeyli artıb.

R.Tamrazovla müsahibənin tam versiyasını aşağıdakı videoda izləyə bilərsiniz:

Daha çox xəbərlər