Dünya 

Moskvada xəngəl yemə çempionatı keçirilir – VİDEO

Moskvada gürcü xəngəli yemək üzrə yarış keçirilir.

On iki turdan ibarət çempionatın seçmə mərhələsi artıq arxada qalıb.

Yarışın qaydalarına əsasən, iştirakçılar verilən bir dəqiqəlik vaxt ərzində yeyilən xəngəllərin sayına görə rəqiblərini qabaqlamalıdırlar. Hər iştirakçının qarşısına 15 ədəd xəngəl qoyulur.

Martın 13-də baş tutacaq finalda isə verilən vaxt və xəngəllərin sayı iki dəfə artacaq. Qalib xəngəlxana ziyafətləri üçün 50 min rubl dəyərində depozit qazanacaq.

Mənbə: moskvichmag.ru

Daha çox xəbərlər