Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Üzr videolarına fərqli baxışlar – kim haqlıdır?

By Vüsal Rafiqoğlu
22.02.2022 3 Min Read

Ötən həftə Heydər Əliyev prospektində bir neçə TIR sürücüsünün etiraz əlaməti olaraq yolu bağlaması müzakirələrə səbəb oldu. Nəticədə TIR  sürücüləri və şirkət rəhbəri haqqında cinayət işi açıldı. Daha sonra TIR sürücülərinin üzr videosu yayıldı.

Ümumiyyətlə, xeyli müddətdir qanun pozuntusuna yol vermiş vətəndaşların üzr videolarının ictimailəşdirilməsi ənənə halını alıb. Lakin bəzi hallarda bu cür videoların yayılması cəmiyyətdə birmənalı qarşılanmır. Maraqlıdır, ictimaiyyətə təsir vasitəsi, yaxud ictimai qınaq baxımından bu metod nə dərəcədə effektivdir?

Millət vəkili Fazil Mustafanın fikrincə, bəzi hallarda üzr videolarının ictimailəşdirilməsi məqsədəuyğundur: “Ötən həftə TIR sürücüləri etiraz aksiyası keçirərək yolu bağladılar. Anlayırıq, məmur məsuliyyətsizliyinə görə hüquqları pozulub, amma yolu bağlayaraq minlərlə insanı çətin vəziyyətə salmaq nə dərəcədə doğrudur? Üzr istəməməlidirlər? Mən iki saat yolda qalmışam. Buna görə məndən, yaxud digər vətəndaşlardan üzr istəməməlidirlər? Onları buna vadar edən şəxsləri cəzalandırmaq lazımdır. Sürücüləri haqsız saymıram. Amma problemin bu şəkildə həllinə cəhd edilməsini doğru hesab etmirəm. Sanki insanlar üzr istəməyi təhqir kimi qəbul edirlər. Əgər qanun pozuntusuna yol vermiş şəxs üzr istəməyə razılıq verirsə, burada qəbahət heç nə yoxdur. Əksinə, video şəxsin iradəsinə zidd olaraq çəkilirsə, buyursun, məhkəməyə müraciət etsin. Üzr istəmək mədəni davranış göstəricisidir”.

Əli Nağıyevin təyinatından sonra DTX dövlət maraqlarına xidmət edən quruma  çevrilib” - Fazil Mustafa

Fazil Mustafa: “Bəzi hallarda üzr videolarının ictimailəşdirilməsi məqsədəuyğundur”

DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Yeni Müsavat”a bildirdi ki, peşmançılıq-üzrxahlıq hüquqazidd əməlin qəsdlə yox, ehtiyatsızlıqdan törədilməsini ifadə edir: “Qanunvericilikdə bununla bağlı xüsusi qadağa sanksiyalaşdırılmır. Üzrxahlıq hüquqi metodoloji baxımdan islahedici, çəkindirici xarakter daşıyır.

Elşad Hacıyev yüksək vəzifəyə təyin olundu

Elşad Hacıyev: “Üzrxahlıq hüquqi metodoloji baxımdan islahedici, çəkindirici xarakter daşıyır”

Buna ictimai qaydaya etinasız yanaşan insanlar ibrət nümunəsi kimi baxa bilər. Əgər bir şəxs öz əməlini etiraf edib, peşmanlığını səmimi ifadə edirsə, burada qəbahət yoxdur. Başqa sözlə, şəxsin ”peşman deyiləm, yaxşı eləmişəm”, – deməsi hüquqi nonsens sayılmırmı? Səhvdən, neqativ əməldən sonra peşmançılıq hissi necə olmalıdır, səhv edən insan özünü günahkar saymalıdırmı?”

“Əlbəttə, insanların ictimai davranışlarına, tutduğu mövqeyə, dünyagörüşünə görə fərqli yanaşmaların olması anlaşılandır” – deyə, açıqlamada qeyd olunub.

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

Xəyal Bəşirov: “Qanun pozuntusuna yol vermiş şəxs üzr videosunun yayılmasının əleyhinədirsə, onun hüququ təmin olunur”

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, cinayət törətmiş şəxslərin üzr istəmə videolarının ictimailəşdirilməsi cinayəti törətmiş şəxsə münasibətdə yaranmış qəzəbin yatırılması məqsədilə edilir: “Bəzən ictimai nüfuzu yüksək olan, vəzifə sahibi, yaxud maddi durumu yaxşı olan şəxslərin məsuliyyətdən yayınması ilə bağlı fikirlər səslənir. Bu cür əsassız fikirlərin qarşısını almaq üçün cəmiyyətin gözü qarşısında həmin şəxslərin lazımi məsuliyyət tədbirlərinə cəlb edilməsi ilə bağlı ictimailəşdirmə prosesi həyata keçirilir. Burada söhbət təkcə cəmiyyətin böyük bir qisminin mövqeyinin nəzərə alınmasından getməməlidir. Həmin şəxslərin də hüquqları var. Qanun bu hüquqların həyata keçirilməsinə təminat verir. Üzr videolarının yayılması qanunla qadağan deyil. Azərbaycan qanunvericiliyində müddəa var ki, qanunla qadağan edilməyən istənilən hərəkətin edilməsi mümkündür. Üzr videosunun yayılması hüquqları ciddi şəkildə pozmursa və müsbət nəticəyə gətirib çıxarırsa, qəbahət hesab olunmamalıdır. Qanun pozuntusuna yol vermiş şəxs üzr videosunun yayılmasının əleyhinədirsə, onun hüququ təmin olunur. Beynəlxalq hüquqda olub-olmamasından asılı olmayaraq, Azərbaycan qanunvericiliyi ilə qadağan  edilmirsə, üzr videolarının ictimailəşdirilməsi ciddi pozuntu hesab olunmur. Nüfuza xələl gəlməsi, psixoloji travma alma ehtimalı və s. kimi ciddi nəticələrə gətirib çıxaracağı halda üzr videolarının ictimailləşdirilməməsi mümkündür”.

Sadə vətəndaşlar Prezidentdən örnək götürür"

Lalə Mehralı: “Əksər vətəndaşlar sürücülərin haqlı olduğu qənaətində idi”

Sosioloq Lalə Mehralı bəzi hallarda ictimai asayişin qorunması, xuliqanlığın qarşısının alınması baxımından üzr videolarının ictimailəşdirilməsinin tərəfdarıdır: “Bir çox hallarda qanun pozuntusuna yol vermiş olsa belə, insanlar sosial şəbəkələrdə videolarının yayılmasını istəmirlər. Lakin TIR sürücülərinin üzr videolarının yayılması narazılıqla qarşılandı. Çünki əksər insanlar sürücülərin haqlı olduğunu bilirdilər. O sürücüləri xuliqanlıq, oğurluq, zorakılıq, qanun pozuntusu  edən insanlar kimi kamera qarşısında oturdub üzr videosunu çəkmək doğru deyildi. Sürücülər aksiyanı öz haqlarını tələb etmək üçün təşkil etmişdilər. Bir TIR məhsulun yararsız hala düşməsi onların qazancına ciddi təsir edir. Yolun bağlanmasına görə sakinlər şikayət etmədilər. Əksər vətəndaşlar sürücülərin haqlı olduğu qənaətində idi”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Tanınma” separatçılara nə verəcək? – GÜNÜN SUALI

Next

İrəvanda AVRONEST-in iclası başlayıb, azərbaycanlı deputatlar toplantıda iştirak edir

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv