İdman Region Xəbərləri 

Bərdə atletlərinin möhtəşəm qələbəsi!

16 -18 fevral 2022-ci il tarixlərdə Bakı şəhərində atletika idman növü üzrə 2005-2006-ci il təvəllüdlü (və iki yaş kiçik) oğlanlar və qızlar arasında keçirilən ölkə qış birinciliyində Bərdə rayonunu ,T.Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta məktəbin komandası (baş məşqçi Nizami İsayev) təmsil edərək müxtəlif məsafayə qaçışda 4 qızıl,1 gümüş və 2 bürünc medal qazanmışlar:
1.Mustafayeva Bahar Ceyhun qızı – I yer (60 metr,200 metr və 400 metr) 2.Cəlilova Aksana Şamil qızı – I yer (1500 metr),II yer (800 metr) 3.Məmmədli Rasim Müşfiq oğlu – III yer (60 metr)
4.Əsədzadə Murad Şamil oğlu – III yer (1500 metr)
İdmançılarımıza təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlar və medallar təqdim olunmuşdur.
Bu idmançılarımız Azərbaycan yığma komandasına üzv seçilmişlər.

Daha çox xəbərlər