Dünya Zelenski hökumət üzvləri ilə birgə küçədən paylaşım etdi: “Biz buradayıq” – VİDEO By Vüsal Rafiqoğlu 25.02.2022 1 Min Read Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkə profilindən izləyicilərinə müraciət edib. O, özünün və hökumət üzvlərinin Kiyevdə olduğunu bildirib. “Biz buradayıq, Kiyevdəyik. Biz Ukraynanı qoruyuruq”, -deyə dövlət başçısı bəyan edib. Videonun gecə saatlarında küçədə qeydə alındığı görünür. .