Yunanıstan Mariupolda 10 yunanın öldüyünü açıqlayıb
Rusiyanın Ukraynaya hücumu nəticəsində 10 yunan həyatını itirib.
Bu barədə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis “Tvitter”də yazıb.
“Rusiyanın Mariupol yaxınlığına endirdiyi aviazərbələr nəticəsində on günahsız dinc sakin – etnik yunanlar həlak olub”.
Mitsotakis Rusiyanın mülki şəxslərə hücumunu pisləyərək aviazərbələrin dayandırılmasını tələb edib: “Dərhal bombardmanı dayandırın!”.
Hadisə ilə əlaqədar Yunanıstan Xarici İşlər Nazirliyi Rusiyanın Afinadakı səfirinə kəskin etirazını bildirib. Səfir bu səbəbdən XİN-ə çağırılıb.

