“Şuşa ili”nə həsr edilmiş 26-cı açıq respublika çempionatı və birinciliyi keçirilib – FOTO
26-28 fevral 2022-ci il tarixlərində, Bakı İdman Sarayında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kempo Kobudo İdman Növləri Federasiyası tərəfindən “Şuşa ili”nə həsr edilmiş, Uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında 26-cı açıq respublika çempionatı və birinciliyi keçirilib.
Azərbaycan Kempo Federasiyası, Dünya Fudokan Federasiyasının Azərbaycan Respublikasında rəsmi və səlahiyyətli nümayəndəliyi, “V&A Law Consulting Group”un rəsmi tərafdaşlığı ilə 26-cı açıq respublika çempionatı və birinciliyində paytaxtla yanaşı, Respublikanın ən güclü 350 idmançısı mübarizə aparır.
“Qalib idmançılar yığma komandanın tərkibində yer alaraq, 2022-ci il üçün Beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək hüququ əldə edəcəklər”, – deyə Federasiya rəsmisi Vüsal Abdullazadə bildirib.
Federasiyanın prezidenti, Əməkdar Bədən tərbiyəsi və idman xadimi Tarverdi Allahverdiyev idmançıları salamlayaraq onlara uğurlar arzulayıb.
Qeyd edilib ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində 2022-ci ili “Şuşa İli” elan etdiyini bildirdi. Bu il yanvarın 5-də isə dövlətimizin başçısı Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzaladı. Məlum olduğu kimi, Şuşa şəhərinin təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulub və bu il biz mədəniyyət paytaxtımızın 270 illiyini böyük təntənə ilə qeyd edəcəyik. Bu ilin “Şuşa İli” elan olunması isə bütün xalqımız üçün cari ildə görüləcək işlərin əhəmiyyətini daha da artırır.
O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncam bir daha ölkəmizdə milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunmasına dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğının göstərildiyini nümayiş etdirir.
Federasiyanın vitse-prezidenti Vüsal Abdullazadə çıxışında deyib:
“Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində bildirib ki, xalqımız 2022-ci ildə Pənahəli xanın 1752-ci ildə təməlini qoyduğu Şuşanın yubileyini böyük təntənə ilə qeyd edəcək. Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kempo Kobudo İdman Növləri Federasiyası tərəfindən “Şuşa ili”nə həsr edilmiş, Uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında 26-cı açıq respublika çempionatı və birinciliyi edib. Bu xəbər hər bir vətənpərvər insan kimi, məni də çox sevindirdi. Ona görə ki, Şuşa adi şəhər deyil. Bu gözəl və ecazkar şəhər bizim milli musiqimizin beşiyidir, mədəniyyətimizin tacıdır. Mən inanıram ki, 2022-ci il təkcə Şuşa, Qarabağ üçün deyil, bütövlükdə ölkəmiz üçün çox uğurlu il olacaq.
Təsadüfi deyil ki, Prezident xalqa müraciətində deyib: “Əziz həmvətənlər, qeyd etdiyim kimi, bu il ölkəmiz üçün uğurlu olub. Əminəm ki, 2022-ci il də uğurlu olacaq. Çünki ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək. Mən isə Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
Məlum olduğu kimi, bu il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Hadrut qəsəbəsinə səfərdən sonra Şuşa şəhərinə gəliblər. Dövlətimizin başçısı Şuşanın məşhur Cıdır düzündə parlaq, dərin məzmunlu çıxış edərək bildirib:
“Mən həmişə deyirdim ki, gün gələcək, işğal altındakı torpaqlarımız azad ediləcək, biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq. Azərbaycan xalqı bütün bu illər ərzində mənə inanırdı. Baxmayaraq ki, həm ovaxtkı məcburi köçkünlər, həm ölkə ictimaiyyəti ildən-ilə davam edən mənasız danışıqlara nəzər salaraq görürdü ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli çətinləşir. Amma buna baxmayaraq, doğma xalqım mənim sözlərimə inanırdı. Mən deyirdim ki, gün gələcək Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada dalğalanacaq və bu müqəddəs günü biz şəhidlərimizin qanı-canı bahasına yaşadıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Sonda isə digər rəsmilər, şəhid ailələri və qazilər çıxış edərək idmançılara uğurlar arzu ediblər.

