“Turan Tovuz” UEFA-nın qərarından CAS-a şikayət edəcək
“Turan Tovuz” klubu UEFA bayrağı altında keçirilən turnirlərdən kənarlaşdırılması ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.
Bu barədə qərb təmsilçisinin yaydığı rəsmi bəyanatda bildirilib.
Klubun bəyanatını təqdim edirik:
“2025/2026-cı illər mövsümündə bütün idman prinsiplərinə əməl edərək çempionatı 3-cü pillədə başa vurduq və haqqımız olan ‘Konfrans Liqası’nda çıxış etmək hüququ qazandıq. Lakin UEFA İntizam Komitəsi klubumuzun lisenziyalaşdırma kriteriyalarına cavab verib-verməməsi ilə bağlı araşdırma aparıb. Qurum AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını əsas götürərək, 2 iyun 2026-cı ildə klubumuzu 2026/2027-ci illər mövsümündə UEFA-nın idman yarışlarında iştirakdan kənarlaşdırıb.
Xatırladaq ki, sözügedən qərarda AFFA İntizam Komitəsi tərəfindən 2019/2020-ci illər mövsümündə I Divizionda çıxış edən komandamızın 7 futbolçusuna danışılmış oyunlara görə futbolla bağlı bütün növ fəaliyyətlərə qadağa qoyulmuşdu.
Bildirmək istəyirik ki, UEFA-nın bu qərarının dəyişdirilməsi, bütün idman prinsiplərinin qorunması və vəsiqə qazandığımız ‘Konfrans Liqası’nda iştirakımızın təmin edilməsi üçün bu gündən etibarən bütün hüquqi addımlar atılacaq və CAS-a rəsmi müraciət olunacaq.
Əlavə olaraq vurğulayırıq ki, ‘Konfrans Liqası’na hazırlıq planlarımızda hər hansı bir dəyişiklik yoxdur. Bu ay komanda üzvləri bir araya gələcək və Türkiyəyə təlim-məşq toplanışına yollanacaq”. (Offsideplus.az)

