Rusiya ordusu Xarkovu atəşə tutdu: Ölənlər var – YENİLƏNİB + VİDEO
“Martın 7-də Rusiya qoşunları Xarkova aviazərbələr endirib. Nəticədə ən azı səkkiz nəfər həlak olub, bir neçə çoxmərtəbəli bina, inzibati binalar, xəstəxanalar, təhsil müəssisələri tam və ya qismən dağılıb”.
Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə dövlət xidməti məlumat yayıb.
Həmçinin şəhərin mərkəzi hissəsində yerləşən 21 binada güclü yanğın baş verib.
Dağıntılar altında və yanğın baş verən binalardan 200 nəfər xilas edilib.
09:48
Rusiya qoşunları növbəti dəfə Ukraynanın Xarkov şəhərini gecə saatlarında raket atəşinə tutublar.
Nəticədə şəhərdə dağıntılar baş verib və güclü yanğın başlayıb.
Bu barədə sosial şəbəkələrdə videolar paylaşılıb.
Həmin görüntüləri təqdim edirik:

