Region Xəbərləri 

Qadın sevginin özüdür…

Bərdə Dövlət İdaretmə Və Texnologiya Kollecinin Tələbə Gənclər Təşkilatının nəznində olan Milli Qəhraman Səfiyar Behbudov adına “Hərbi Vətənpərvərlik ” Klubunun sədri Aynur Əliyeva
Hər il 8 Mart bir çox ölkələrdə “Qadınlar günü” kimi qeyd olunur . Bu günün uzun illərə dayanan tarixi vardır . 1857-ci il 8 martda ABŞ-ın Nyu-York şəhərində yüzlərlə qadının aşağı maaşa , uzun çalışma saatlarına , pis iş rejiminə etiraz olaraq qadınların tətil etməsi qəbul edilir . Lakin uzun sürmür . 8 mart 1908-ci ildə 15 min qadın nümayiş keçirdi . Onların istəyi qısa çalışma saatı , kişilərlə bərabər səsvermə hüququ və əmək haqqı idi . Dekret icazəsi istəyən qadınların şüarı ” Çörək və Gül” idi . Çörək -həyat eşqini, qarın toxluğunu , Gül – daha rifah həyat tərzini ifadə edirdi . Müxtəlif illər ərzində qadınlar mübarizə tələbləri üçün mübarizə aparmış güc və əzm nümayiş etdirmişlər . Bunun nəticəsidir ki, hal hazırda 8 Mart Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Azərbaycanda da bu gün indiyədək keçirilir. Sovet İttifaqından qalma bayram olsa da keçmiş SSRİ Respublikaları olub indi müstəqillik qazanmış ölkələrin təqvimindən bu günə qədər silinməyib .
Zərif və incə cinsin nümayəndəsi olan xanımlar hər zaman güclü iradənin, səbrin , möhkəm əzmin olması ilə tanınıblar. Hal-hazırda müxtəlif peşələrdə xidmət göstərirlər və fiziki cəhətdən də güclü olub, idman sahəsində bayrağımızı dəfələrlə yüksəklərdə dalğalandıran qadınlar da az deyil . Hər şeydən əvvəl bir qadın , Bir Ana , Bir həyat yoldaşı, bir övlad, bir bacıdır … Qadın həyatdır , bəşəriyyətin yaşamasına səbəb olan varlıqdır Qadın. Qadın eşqdir , qadın incəlikdir, qadın həssas duyğuların toplanması, qadın yaşam həvəsidir . Hər evdə qadının səliqəsi, nəfəsi, toxunuşu gəzməlidir. Qadın böyük varlıqdır. Hər qadın sevilməyə layiqdir , xoşbəxt olmağa layiqdir. Qadın sevginin özüdür… Bir kəlmə xoş sözə, sevgi ilə baxan gözlərə xoşbəxt olan, sevinən varlıqdır Qadın .
Qadın dözmdür, səbrdir… Qadın mələkdir , qanadını qırmasa

Daha çox xəbərlər