Azərbaycanda yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni cəzaçəkmə müəssisəsi inşa olunub.
ARANTV.AZ xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova deyib.
O bildirib ki, artıq binanın tikintisi tam başa çatıb: “Bina tam standartlara uyğun inşa edilib. Binada yetkinlik yaşına çatmayan məhkumlara psixoloji xidmətlər üçün də şərait yaradılıb. Yaxın günlərdə bina istifadəyə veriləcək və yetkinlik yaşına çatmayan məhkumlar ora köçürüləcək”.
