Yanvar-fevral aylarında 1261 ton nar ixrac edilib.
ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən narın dəyəri 2 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 2,1 milyon dollar olmaqla 1411 ton nar ixrac edilib.
