Gündəm 

İki ayda 23,5 min ton pambıq lifi, 2227 ton pambıq ipliyi ixrac olunub

Bu ilin ilk iki ayında 23,5 min ton pambıq lifi, 2227 ton pambıq ipliyi ixrac edilib.

ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 51,6 milyon dollar, pambıq ipliyinin dəyəri isə 9,3 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 37,3 milyon dollar olmaqla 26,4 min ton pambıq lifi, məbləği 6,9 milyon dollar olmaqla 2865 ton pambıq ipliyi ixrac edilib.

Daha çox xəbərlər