Hava 

Qeyri-sabit hava şəraiti martın 26-dək davam edəcək

Ölkə ərazisində qeyri-sabit hava şəraiti martın 26-dək davam edəcək.

ARANTV.AZ xəbər verir ki,  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Qərb küləyinin sürətinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Daha çox xəbərlər