Muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalı 3,6 faiz artıb
Muxtar respublikada bu ilin yanvar-fevral aylarında 17 milyon 508 min 900 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu dövr ərzində diri çəkidə ət istehsalı 4084 ton, süd istehsalı 5399 ton olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5,8 faiz, süd istehsalı isə 1,6 faiz artıb.
AZƏRTAC





