Siyasət 

Peru Konqresi Azərbaycan xalqını təbrik edib

Peru Konqresində fəaliyyət göstərən Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Xose Enrike Orenin təşəbbüsü ilə Peru Konqresində Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanlanmış təbrik bəyanatı qəbul edilib.

Azərbaycanın Meksikadakı səfirliyindən “İki sahil”ə verilən məlumata görə, sənəddə Novruzun Azərbaycanda ən sevilən bayramlardan olduğu, onun YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edildiyi bununla yanaşı, 21 mart tarixinin 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən “Beynəlxalq Novruz Günü” elan edildiyi nəzərə çatdırılır.

Qeyd edilir ki, Novruz bayramı müxtəlif millətləri və mədəniyyətləri birləşdirir. Həmçinin sənəddə bu bayramın xalqlar arasında qarşılıqlı hörmət, sülh, mehriban qonşuluq ideyaları əsasında münasibətlərin möhkəmləndirilməsində oynadığı rol vurğulanır.

Sonda Novruz bayramı münasibətilə “qardaş Azərbaycan xalqına” səmimi təbriklər ifadə edilir.

Daha çox xəbərlər