Kriminal 

Cəlilabadda 49 yaşlı qadın ürəyindən bıçaqlanaraq öldürülüb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ “Report”a istinadən bildirir ki, hadisə rayonun Qarakazımlı kəndində qeydə alınıb.

Belə ki, 1973-cü təvəllüdlü Həsənova Südabə Əlixan qızı ürək nahiyəsindən bıçaqlanıb və xəstəxanaya çatdırılan zaman dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər