“Bu, Azərbaycan üçün faydalı ola bilər”
Kamboca Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə dəstək göstərmək niyyətindədir.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfrans zamanı jurnalistlərə açıqlamasında Kamboca Milli Minatəmizləmə Agentliyinin direktoru Somaci Krak deyib.
O qeyd edib ki, Kamboca Milli Minatəmizləmə Agentliyi Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə Azərbaycanda minatəmizləmə işində Azərbaycana yardım etməyi nəzərdə tuturlar.
“Əldə etdiyimiz təcrübənin mübadiləsinə böyük önəm veririk. Hesab edirəm ki, bu, Azərbaycan üçün faydalı ola bilər”, – deyə o bildirib.

