Dünya 

Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlarda 153 uşaq ölüb – FOTO

Fevralın 24-dən Rusiyanın Ukraynada başlatdığı genişmiqyaslı hərbi əməliyyatlarda 153 uşaq ölüb. Daha 245 uşaq yaralanıb.

Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Uşaqların ən çox ölüb-yaralandığı bölgələrin statistikası belədir: Kiyev vilayətində – 73, Donetsk vilayətində – 65, Xarkov vilayətində – 53, Çerniqov vilayətində – 43, Luqansk vilayətində – 31, Nikolayev vilayətində – 30, Xerson vilayətində – 29, Zaporojye vilayətində – 22, Kiyev şəhərində – 16, Sumı vilayətində – 16 və Jitomir vilayətində – 15.

Aktiv döyüş əməliyyatları aparılan bölgələrdə və müvəqqəti işğal olunmuş ərazilərdə atəşə tutulan yerləri yoxlamaq mümkün olmadığı üçün məlumatlar hələlik dəqiq deyil.

Prezident Ofisinin məlumatına görə, bombardman və artilleriya atəşləri nəticəsində 859 təhsil müəssisəsi zərər görüb, onlardan 73-ü tamamilə məhv olub.

Bundan başqa, döyüşlər səbəbindən hər ikinci ukraynalı uşaq evini tərk etmək məcburiyyətində qalıb və müvəqqəti köçkün olub.

UNICEF-in bəyanatında deyilir ki, 4,3 milyon uşaq öz evindən didərgin düşüb. Bu da Ukraynanın təxminən 7,5 milyonluq uşaq əhalisinin yarıdan çoxunu təşkil edir.

 

Daha çox xəbərlər