Hadisə 

Bakıda qeyri-adi qəza – FOTO

Bakının Binəqədi rayonu 9-cu mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, qadın sürücü “Hyundai” markalı avtomobili park etmək istəyərkən əyləc əvəzinə qazı basıb və nəticədə maşın yaxınlıqdakı hündürlükdən aşıb.

Hadisə 9-cu mikrorayon, Mir Cəlal küçəsi, bina 63-ün qarşısında qeydə alınıb.

Sürücü xəsarət almayıb.

Daha çox xəbərlər