Hadisə 

Bakıda gənc qızı avtomobil vurub

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, hadisə Komsomol dairəsi kimi tanınan ərazidə baş verib.

1995-ci il təvəllüdlü Əhmədova Arzu Tariyel qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Daha çox xəbərlər