Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Laçın dəhlizi ermənilərin üzünə qapanacaq – yeni gedişat

By Vüsal Rafiqoğlu
12.04.2022 3 Min Read

Ekspert: “Yeni yol Laçın şəhərinin içindən keçməyəcək, Laçın şəhəri dəhliz statusunu itirəcək”

Azərbaycan yeni “Laçın dəhlizi” açır. Qarabağdakı ermənilərin Ermənistana gediş-gəlişini təmin edəcək yeni yolun yaxın günlərdə istifadəyə veriləcəyi deyilir. Uzun müddətdir ermənilərin işğalında və istifadəsində olan məşhur Laçın dəhlizinə isə Azərbaycan postları qoyulacaq. Üstəlik, Zəngəzur dəhlizinin də açılacağı gerçəkləşəcək. Azərbaycan Ermənistanın sülh müqaviləsini gecikdirməsi fonunda alternativ dəhlizlər tikib istifadəyə verir.

Bundan əvvəl də İran üzərindən dəhliz razılaşması əldə olunub. Ermənistan istəsə də Azərbaycanın Qarabağla bağlı quruculuq işlərini, Azərbaycanı böyütməsi projesini əngəlləyə bilmir, bilməyəcək. Bu dəhlizlər Azərbaycanı beynəlxalq logistika sisteminə qoşacaq. Xüsusilə də Zəngəzur dəhlizi adlanan bu proje ölkəmizi Asiyanın qüdrətli ölkələrinin iqtisadi damarlarına qoşacaq, böyük bazarlarına çıxaracaq. Həmçinin bu dəhliz Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artıracaq. Azərbaycan Şərqlə Qərbin, Avropa ilə Asiyanın arasında qapı olacaq. Enerji və yük daşımaları Azərbaycan üzərindən gerçəkləşəcək. Bəs yeni “Laçın dəhlizi”nin işə salınması və hazırda işlək olan Laçın dəhlizinin tam nəzarətimizə keçməsinin hansı əhəmiyyəti olacaq?

Azərbaycanlı alimlərin iştirakı ilə “Beynəlxalq ekspertlər cəmiyyəti”  yaradıldı - FOTOLAR | KONKRET

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından sonra Azərbaycan Cənubi Qafqazda postmünaqişə dövrünün reallıqlarına uyğun addımlar atmağa və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə töhfə verə biləcək işlər görməyə çalışır. Bu istiqamətdə bir çox addımlar həyata keçirilib: “Xüsusilə mən Ermənistanla Azərbaycan arasında Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, sülh danışıqlarını aparacaq sərhədlərin delimitasiya və demarkasiyasını, eyni zamanda nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasını, qarşılıqlı inam və etimad mühitinin formalaşdırılmasını qeyd etmək istəyirəm. Bu istiqamətdə təəssüf ki, ötən müddət ərzində Ermənistan tərəfindən müxtəlif platformalarda ayrı-ayrı vaxtlarda öhdəliklər götürülsə də, vədlər verilsə də praktiki real addımların atılması müşahidə olunmayıb. Amma buna baxmayaraq, Azərbaycan tərəfi 10 noyabr bəyanatında öz əksini tapan Laçın şəhərindən keçməklə Ermənistanın Qarabağda yaşayan ermənilərlə sərbəst təmasını təşkil edən Laçın dəhlizinin yeni hissədən çəkilməsi istiqamətində sürətli işlər həyata keçirib. Yaxın günlərdə Laçın şəhərini əhatə edən köhnə Laçın dəhlizi başqa ərazidən keçən yeni yolla əvəz ediləcək”.

Laçın şəhəri ermənilərdəmi qalır? Ermənilərə belə deyilib, amma onlar  şəhəri tərk edir - BBC News Azərbaycanca

Ekspert qeyd etdi ki, bu yol Laçın şəhərinin içindən keçməyəcək. Bu yolun Azərbaycan dövlətinə, Azərbaycan-Ermənistan münasibətlərinə bir çox istiqamətdə təsirləri olacaq: “Birincisi, bu, Laçın şəhərinin tam Azərbaycan dövlətinin suverenliyi və nəzarəti altına keçməsini təmin etmiş olacaq. Nəticə etibarilə çox mühüm strateji, həm də iqtisadi, mənəvi əhəmiyyət daşıyan Laçın şəhəri dəhliz statusunu itirəcək və Azərbaycan dövlətinin tam nəzarəti altına keçəcək. Digər tərəfdən, burada mühüm məqamlardan biri Azərbaycan dövlətinin bu günə qədər üzərinə götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşdığı kimi bu addıma da nə qədər ciddi və əhəmiyyət verdiyini göstərmiş olacaq və bu, real nümunəyə çevriləcək. Eyni zamanda nəticə etibarilə biz Laçın şəhərindən keçən hazırkı Laçın dəhlizi adlanan yola gömrük postları quraşdırmaqla digər dəhlizə, əgər Ermənistan öz üzərinə götürdüyü öhdəliklərə əməl etməzsə, gömrük postları quraşdırmaqla tam nəzarəti ələ ala biləcəyimizi nümayiş etdirmək imkanı qazanmış olacağıq. Həmçinin Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə bağlı Ermənistana çox tutarlı bir təzyiq aləti əldə etmiş olacağıq. Bununla da Laçın dəhlizinin Ermənistan ərazisindən keçəcək hissəsində işlərin görülməsini Azərbaycana qarşı təzyiq alətinə çevirmə imkanlarını İrəvanın əlindən tam almış olacağıq. Digər tərəfdən, bu, mühüm bir ticarət xəttinin-orta xəttin perspektivini daha da artıracaq, Azərbaycan logistik mərkəzə çevriləcək. Bununla da vaxtilə simvolik olaraq Şərq və Qərbin, Cənub və Şimalın qapısı kimi adlandırılan Azərbaycan reallıqda da Şərq və Qərb arasında, eyni zamanda Şimalla-Cənub arasında dəhliz qapısına çevriləcək, ticarət qapısına çevriləcək. Azərbaycanın regional, coğrafi əhəmiyyəti dəfələrlə yüksəlmiş olacaq. Bütün bu addımlar Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun və regionda baş verən proseslərə təsir imkanlarının artırılmasına xidmət edir. Azərbaycan qarşıya qoyduğu hədəflərə addım-addım yaxınlaşır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Şəmkirdə qatar 2 qadını vurub

Next

Belçika Kiyevdəki səfirliyini yenidən açır

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv