Naxçıvanda tütün əkininə başlanılıb
Muxtar respublikanın Şərur və Babək rayonlarında tütün əkininə başlanılıb.
ARANTV.AZ xəbər verir ki, bu il Şərur rayonunda 9, Babək rayonunda 15, Kəngərli rayonunda isə 49 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub.
Son illər muxtar respublikada inkişaf etdirilən kənd təsərrüfatı sahələrindən biri də tütünçülükdür. Belə ki, 2017-ci ildən başlayaraq “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Kəngərli rayonunun Təzəkənd və Xıncab kəndlərinin ərazilərində yetişdirilən tütün şitilləri muxtar respublikanın bir çox bölgələrində əkilir. Artıq buradakı istixanalarda bol tütün şitili yetişdirilib və buradan sahələrə göndərilir. Bu il əkilən şitillər “Virciniya” sortudur.

