Hadisə 

Bakıda gənc qızı avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  “report”-a istinadən bildirir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1996-cı il təvəllüdlü Soltanova Aydan Cavanşir qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol incik sümüyünün sınığı və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Daha çox xəbərlər