Bir yanğınsöndürən xəsarət alıb – TƏBİB
Xəbər verdiyimiz kimi, “Azərsun Sənaye Parkı”nın ərazisində başlayan yanğın davam edir.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova bildirib ki, yanğın barədə məlumat daxil olduqdan sonra dərhal hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub:
“Bir nəfər yanğınsöndürən aşağı ətrafın yanığı ilə hospitalizasiya olunub”.

