Siyasət 

ABŞ-ın ölkəmizdəki səfirliyi Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
ARANTV.AZ  xəbər verir ki, bu barədə səfirliyin rəsmi tviter səhifəsində paylaşım edilib.
“Amerika Birləşmiş Ştatları bütün azərbaycanlıları və dünyada Ramazan bayramını qeyd edən hər kəsi müqəddəs Ramazan ayının başa çatması münasibətilə səmimi təbrik edir. Ramazan bayramınız mübarək!”, – paylaşımda qeyd olunub.

Daha çox xəbərlər