Gündəm 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, Heydər Əliyev fenomeni “öyrənmək” sözü ilə sinonimdir. Onun haqqında hələ əsl kitab yazılmayıb.
Vaxtilə, o əleyhdarlarina da sübut etdi ki, sovet dövründə qəhrəman olmaqla yanaşı, müstəqillik dövrünün də qəhrəmanı oldu.
Heydər Əliyev siyasi xətti aydın xətt idi. O xətt harda dayandısa, Azərbaycan orda məhvə məhkum olmağa başladı.
“Sistem” adamlarının heç biri Heydər Əliyev kimi ola bilmədi, çünki öz sistemi vardı.
Sadə xalqın lideri idi, ona görə tarixdə qaldı.
Çox az halda ola bilərdi ki, öz yüksəkliyi şəxsiyyət dövlət qədər uca olsun, onun özü olsun.
Ümummilli Lider o cür lider idi.
Heydər Əliyevi Tanrı bütün dövrlərdə qoruyurdu. Və artıq prezident İlham Əliyev bu mənada Heydər Əliyevin də siyasi oğlu idi ki, o da qalib gəldi.

Daha çox xəbərlər