Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Media və İnformasiya sahəsi üzrə 4-cü Toplantısı öz işinə başlayıb
14 may tarixində İstanbulda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iştirakı ilə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Media və İnformasiya sahəsi üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmilərinin 4-cü Toplantısı öz işinə başlayıb.
ARANTV.AZ-ın məlumatına görə, toplantıda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Audiovizual Şuranın sədri İsmət Səttarov da iştirak edir.



