Bölgə 

İsmayıllı rayonunda ödənişsiz hüquqi yardım aksiyası keçirilib – FOTO

Həyata keçirilən silsilə ödənişsiz hüquqi yardım aksiyalarının davamı olaraq, 23 may 2022-ci il tarixində Milli Məclisin deputatı Novruzəli Aslanovun təşəbbüsü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllı rayonunda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım aksiyası keçirilib.

Vəkillər Kollegiyasından verilən məlumata görə, aksiyada İsmayıllı RİH başçısı Nahid Bağırov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Milli Məclisin deputatı Novruzəli Aslanov və “Pro Bono” vəkil bürosunun vəkilləri iştirak ediblər.

Əvvəlcə Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Aksiya zamanı Vəkillər Kollegiyasının sədri Anar Bağırov, “Pro Bono” vəkil bürosunun müdiri Şahmar Məmmədov və büronun vəkilləri tərəfindən 40 vətəndaşa ödənişsiz hüquqi yardım göstərilib, onları maraqlandıran suallar cavablandırılıb, mülki və sosial təminat qanunvericiliyinin müddəaları izah edilib, yazılı və şifahi məsləhətlər verilib, yazılı ərizələr tərtib olunub.

Qeyd olunur ki, müraciətlərin böyük hissəsi sosial təminat, ailə-məişət məsələləri, əmlakın özəlləşdirilməsi və s. üzrə hüquq sahəsi və bu sahədəki mübahisələrlə bağlı olub.

 

Daha çox xəbərlər