Cəmiyyət 

Gürcüstan Azərbaycanla quru sərhədlərinin açılmasını nəzərdən keçirir

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanla quru sərhədlərinin açılması məsələsini nəzərdən keçirir.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə Gürcüstan KİV-i yazıb.

“Azərbaycan və Gürcüstanın fəal əməkdaşlığı sayəsində hava nəqliyyatı ilə hərəkət edən sərnişinlərlə bağlı məhdudiyət ləğv edilib. Yerüstü nəqliyyatla hərəkət edən sərnişinlərə gəldikdə bu istiqamətdə qaydaların yumşalması üçün işlər aparılır”, – Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, Gürcüstanla Azərbaycan arasında quru sərhədlərinin açılması məsələsi bir neçə dəfə rəsmilər arasında müzakirə olunub.

Daha çox xəbərlər