Gündəm 

Ərzaq, içkilər və tütünün istehlak qiymətləri indeksi artıb

Cari ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi mart ayı ilə müqayisədə 101,7 faiz, 2022-ci ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 117,4 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, 2022-ci ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi mart ayı ilə müqayisədə 100,6 faiz, 2022-ci ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 106,4 faiz olub.

Daha çox xəbərlər