Tovuzda azyaşlı uşaq yanıq xəsarəti alıb.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Yuxarı Öysüzlü kənd sakini, 2015-ci il təvəllüdlü Fərid Rafiq oğlu Əhmədov evdə nəzarətdən yayınaraq üzərinə qaynar su töküb.
Yanıq xəsarətləri alan azyaşlı xəstəxanaya yerləşdirilib.
